MARAQLI

Tərk etdiyimiz vərdiş ömrümüzü uzadırmış – FOTO

Sharing is caring!


Mümkün qədər uzun müddət gənc və sağlam qalmaq üçün düzgün qidalanmaq, həmçinin  çoxlu idmanla məşğul olmaq yaxşıdır. Amma nəticələri artırmaq üçün inanılmaz dərəcədə sadə bir yol var. Söhbət ilk baxışdan qəribə görünən, əslində isə insanın ömrünü əhəmiyyətli dərəcədə uzada biləcək vərdişdən – yerdə oturmaqdan gedir.

Bununla bağlı britaniyalı alimlərin araşdırmalarından məlum olub.

Bildirilir ki, bu nəticələr inanılmaz görünsə də, əslində insan sağlamlığının ümumi fiziki vəziyyətini mükəmməl şəkildə göstərir və funksionallığını ortaya qoyur. Belə ki, gündəlik yerdə oturma vərdişi – tarazlığı və koordinasiyanı yaxşılaşdırmağa kömək edir, həmçinin onurğa sütununu gücləndirir, duruşu düzəldir.

O da bildirilir ki, yerdən qalxma qabiliyyəti 51 yaşdan 80 yaşa qədər olan insanlarda uzunömürlülük göstəricisidir. Təcrübə göstərir ki, yerdən qalxmaqda çətinlik çəkən insanlar bunu rahatlıqla yerinə yetirənlərə nisbətən 5-6 dəfə tez ölmək riski ilə üzləşirlər.

Mənbə: Lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir