Dünya

Putin Cənubi Afrikaya nə vaxt gedəcəksə, dərhal həbs olunacaq – RƏSMİ QƏRAR

Sharing is caring!


Cənubi Afrikanın Ədliyyə Nazirliyi Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verilməsi ilə  bağlı prokurorluğun dövlət ittihamı üzrə direktoru Şamil Batohiyə müraciət edib.

Bu, Cənubi Afrikanın Beynəlxalq Münasibətlər və Əməkdaşlıq Departamentinin öz ədliyyə həmkarlarına Beynəlxalq Cinayət Məhkəməsinin orderini göndərməsindən iki ay sonra baş verib. Order Putinin Rusiyanın Ukraynaya müdaxiləsi zamanı törətdiyi hərbi cinayətlərə görə məsuliyyətə cəlb olunması əsasında verilib.

Prokurorluq Putin avqustda Yohannesburqda keçirilməsi planlaşdırılan BRİKS sammiti üçün Cənubi Afrikaya gələcəyi təqdirdə hökuməti onu həbs etməyə məcbur etmək üçün məhkəməyə müraciət edib.

Lakin hökumət Putinin Cənubi Afrikaya getməyəcəyini elan etdikdən sonra Ədliyyə Nazirliyi məhkəmədən xahiş edib ki, Rusiya prezidenti ölkəyə gəldiyi istənilən vaxt həbs qərarının icrasına göstəriş verilsin.

Xatırladaq ki, bu ilin martında Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verib. Məhkəmə qərarına əsasən, dünyanın Roma Statusunu ratifikasiya etmiş 123 ölkəsi Putini həbs etmək məcburiyyətindədir.

Mənbə: RBC-Ukrayna

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir