MARAQLI

Londonun milyarderlər küçəsində 32 milyon dollarlıq malikanə yandı – FOTO

Sharing is caring!


Böyük Britaniyada dünyanın ən zəngin küçələrindən birində tərk edilmiş malikanə yanıb.

Bu bölgədə yerləşən evlərin sahibləri arasında Bruneyin ən varlı sultanı və pop ulduzu Castin Biber də var.

Londonun şimalında, milyarderlər küçəsi kimi də tanınan Bişops avenyuda yerləşən 32 milyon dollarlıq tikilidə güclü yanğın baş verib.

Yanğının nədən qaynaqlandığı hələlik məlum deyil. “The Towers” (“Qüllələr”) kimi tanınan, tərk edilmiş sahibsiz bahalı malikanənin söndürülməsi üçün hadisə yerinə 70 yanğınsöndürən və on ədəd texnika cəlb edilib.

Yanğın binanın bütün dam örtüyünü yararsız vəziyyətə gətirib. Birinci və ikinci mərtəbələrin bir hissəsi də zədələnib. Həmçinin güclü tüstü Londonun digər yerlərində də görünüb və hiss edilib. Yaxınlıqdakı evlərin sakinlərinə qapı və pəncərələri bağlı saxlamaq tövsiyə olunub.

Qeyd edək ki, Londonun şimalındakı Bişops Avenyu dünyanın ən zəngin insanları arasında Bukinqem Sarayından da məşhurdur. “The Towers” tikilisinin əvvəllər musiqiçi və aktrisa Qreysi Fildsə məxsus olduğu güman edilir. Malikanə 1970-ci illərdə sökülüb və sonra yenidən tikilib.

Mənbə: Focus.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir