Siyasət

Qarabağda tullantı materialları yenidən emal olunaraq yol yataqlarının tikintisində istifadə edilir – VİDEO

Sharing is caring!


İşğaldan azad olunmuş ərazilərdə tullantı materiallarının təkrar istehsalata qaytarılaraq yol yataqlarının tikintisində istifadə olunması mexanizmi tətbiq olunur.

Bu barədə Qarabağ İqtisadi Rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Twitter”də yazıb.

“Qarabağ iqtisadi rayonunda daha bir yenilik! Azərbaycanda ilk dəfə işğaldan azad olunmuş ərazilərdə tullantı materiallarının təkrar istehsalata qaytarılaraq yol yataqlarının tikintisində istifadə olunması mexanizmi tətbiq olunur. Bu həm ekoloji, həm də iqtisadi səmərədir!”, – o, sosial şəbəkədə qeyd edib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir