Dünya

Kəşfiyyat rəhbərindən Putinin qisasına dair xəbərdarlıq: “Priqojinin yerinə olsaydım…”

Sharing is caring!


“Rusiya Prezidenti Vladimir Putin hazırda “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinlə bağlı nə edəcəyinə qərar vermək üçün vaxt qazanmağa çalışır”.

Bunu “Aspen” Təhlükəsizlik Forumunda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Bill Berns deyib.

Berns hesab edir ki, son üsyan Putinin hakimiyyət sistemindəki əhəmiyyətli zəiflikləri üzə çıxarıb və o, hələ də Priqojindən qisas ala bilər. “Gördüklərimiz çox mürəkkəb bir rəqsdir”, – deyə MKİ rəhbəri əlavə edib.

Onun sözlərinə görə, Priqojin bir yerdən başqa yerə köçür, lakin son zamanlar Minskdə olub. “Vaqner”çilər Afrika, Liviya və Suriya kimi ölkələrdə Rusiya rəhbərliyi üçün hələ də dəyər kəsb edir, ona görə də çox güman ki, Putin qrupu onların liderindən ayırmağa çalışacaq.

“Putin qisası soyuq halda almağa üstünlük verən adamdır. Mənim təcrübəmə görə, Putin qisas apostoludur, ona görə də Priqojin qisasdan yayınarsa, təəccüblənərəm”, – deyə Berns qeyd edib.

O, həmçinin Co Baydenin Priqojinin yeməyini yoxlamalı olması ilə bağlı sözlərini də dəstək verib. “Mən Priqojinin yerində olsaydım, dequstatorumu qovmazdım”, – deyə Berns vurğulayıb.

Mənbə: BBC

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir