Dünya

Rusiya vətəndaşı Ermənistan İstintaq Komitəsinin binasından yıxılaraq ölüb

Sharing is caring!


Rusiya vətəndaşı Ermənistan İstintaq Komitəsinin İqtisadi Cinayətlər və Qaçaqmalçılıqla Mübarizə İdarəsində beşinci mərtəbənin pəncərəsindən yıxılaraq ölüb.

Bu barədə idarənin mətbuat xidmətindən məlumat verilib.

“Bizə 30 yaşlı Rusiya vətəndaşı tərəfindən narkotik vasitə – demetoksifenetilamin olan bağlamanın alınması barədə əməliyyat məlumatı daxil olub, cinayət işi başlanıb”, – qurumdan məlumat verilib.

Qeyd olunub ki, saxlanılan şəxs İqtisadi Cinayətlər və Qaçaqmalçılıqla Mübarizə İdarəsinə aparılıb. İstintaq başa çatdıqdan sonra o, pəncərədən yıxılıb.

İdarədən bildiriblər ki, hadisənin baş vermə şəraitinin aydınlaşdırılması üçün bütün lazımi tədbirlər görülür.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir