İdman

“Sabah”ın UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşdi

Sharing is caring!


“Sabah”ın UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Oxu.Az xəbər verir ki, ilk dəfə avrokuboklarda çıxış edəcək paytaxt klubu Latviya RFŞ-i ilə qarşılaşacaq.

Riqa təmsilçisi I təsnifat mərhələsində Şimali Makedoniyanın “Makedoniya GP” komandasını mübarizədən kənarlaşdırıb. Səfərdə 1:0 qalib gələn komanda öz meydanında daha böyük hesablı qələbə əldə edib – 4:1. Yekunda 5:1 üstün olan Latviya klubu mərhələ adlayıb.

“Sabah” RFŞ-ə qarşı ilk oyunu iyulun 27-də Latviyada, cavab matçını avqustun 3-də Bakıda keçirəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir