Cəmiyyət

Elektrik naqili qırılaraq yanğına səbəb olub – Vətəndaşa 30 min manatdan cox ziyan dəyib – VİDEO

Sharing is caring!


Ağcabədidə elektrik naqili yanğına səbəb olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Ağcabədi rayonunun Hacılar kəndində ümumi sahəsi 150 kvadratmetr olan talvarın yanar konstruksiyaları, altına yığılan 80 ton ot bağlamasının 40 tonu və yaxınlıqda dayanan “QAZel” markalı yük avtomobilinin yanar hissələri yanıb.

Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğından mühafizə bölmələri tərəfindən yanğın söndürülüb.

Xezerxeber.az-ın məlumatına görə, yanğın nəticəsində kənd sakini Nəbi Tağıyevə 30 min manatdan çox ziyan dəyib.

Təsərrüfat sahibi bildirib ki, hadisəyə səbəb elektrik naqillərində baş verən qırılma olub. Yüksək gərginlikli elektrik xətti qırılaraq ot tayasının üstünə düşüb.

Kənd sakinlərinin sözlərinə görə, yüksək gərginlikli elektrik xətləri və onları saxlayan dirəklər uzun illərdir dəyişdirilmədiyindən kənddə bu cür hadisələr tez-tez baş verir:

“Bərbad vəziyyətdə olan naqillər sonuncu dəfə 60 il bundan əvvəl dəyişdirilib”.

Sakinlər iddia ediblər ki, Vətən müharibəsində düşmənin atdığı mərmilər elektrik naqillərini tamamilə sıradan çıxarıb. Buna görə də elektrik xətləri yüklənməyə tab gətirmir.

Daha ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir