Dünya

İsrail münaqişədən sonra Qəzza zolağına rəhbər təyin etməkdən çəkinib

Sharing is caring!


İsrail baş nazirinin xarici siyasət məsələləri üzrə müşaviri Ofir Falk bildirib ki, İsrail hərbi əməliyyatlar başa çatdıqdan sonra Qəzza zolağının necə idarə olunacağını müəyyən etmək niyyətində deyil.

“Düşünürəm ki, İsrail sektoru kimin idarə edəcəyini desə, bu, bütün mümkün variantlardan ən pisi olacaq. Amma kimin etməyəcəyini deyə bilərik – bu, HƏMAS-dır”, – deyə o bildirib.

Rəsmi nümayəndə, həmçinin əlavə edib ki, İsrail dövləti zolağın Fələstin Administrasiyasının nəzarətinə qaytarılmasını dəstəkləmir, çünki o, “Holokostdan sonra İsrail xalqına qarşı törədilən ən pis vəhşiliyi” hələ də qınamayıb.

Netanyahunun müşaviri Qəzzanın “demilitarizasiya və deradikalizasiya” edilməli və Fələstin HƏMAS hərəkatının dağıdılmalı olduğunu vurğulayaraq qeyd edib ki, zolağın müharibədən sonrakı idarəsi “qruplaşma ilə nə baş verdiyini biləcək”.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir