Dünya

Netanyahunun ürəyinə xüsusi cihaz yerləşdirildi

Sharing is caring!


“Tel HaShomer” xəstəxanasının “Sheba” mərkəzinin kardioloqları İsrailin Baş naziri Benyamin Netanyahunun ürəyinə ürək aritmiyalarını izləmək üçün cihaz yerləşdiriblər.

Bu barədə bazar günü mərkəzin kardioloqu, professor Yehuda Adler məlumat verib.

Onun sözlərinə görə, implantasiyanın köməyi ilə həkimlər nəinki baş nazirdə ciddi ürək ritm pozğunluqlarının qarşısını almağı, həm də onun səhhətinin pisləşməsinin susuzluqdan, yoxsa ürəyin nasazlığından qaynaqlandığını öyrənməyi planlaşdırırlar. Kardioloq vurğulayıb ki, o, İsrailin baş nazirinə iş yükünü azaltmağı şiddətlə tövsiyə edib, çünki mövcud sağlamlıq problemi yalnız başlanğıcdır.

Netanyahunun ofisi implantla bağlı məlumatı hələlik şərh etməyib. Onun artıq evə buraxıldığı bildirilib.

Xatırladaq ki, şənbə günü baş nazir tibbi müayinədən keçmək üçün xəstəxanaya yerləşdirilib. O, özü bildirib ki, bir gün əvvəl günəş altında çox vaxt keçirib və az su içib.

Mənbə: TASS

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir