Dünya

Rusiyada iki helikopterlə iki döyüş təyyarəsi vurulub – YENİLƏNİB + FOTO/VİDEO

Sharing is caring!


Rusiya mediası Bryansk vilayətində daha iki helikopter və iki təyyarənin qəzaya uğradığı barədə məlumat yayıb.

Sosial şəbəkələrdə Rusiya Hərbi Kosmik Qüvvələrinin ikinci qırıcısı – “Su-35”in qəzaya uğrama anının əks olundu iddia edilən kadrlar yayılıb. Görüntülər Bryansk vilayətinin Starodubski rayonunun Şkryabino kəndindəndir.

Bundan başqa ikinci “Mi-8” helikopterinin Uneçi rayonunun Volkustiçi kəndi yaxınlığında qəzaya uğrayıb. Hadisə yeri mühasirəyə alınıb. Helikopterin minalanmış ola bilmə ehtimalı ilə qəza yerinə istehkamçşılar yollanıb.

Həmçinin helikopterin qəzaya uğraması nəticəsində bir qadının yaralandığı və xəstəxanaya aparıldığı vurğulanıb.

İlkin ehtimallara görə “Mi-8” helikopterləri və “Su-34”, “Su-35” qırıcıları tapşırıqdan qayıdarkən hücuma məruz qalıblar.

Hava gəmilərinin dördündə də pilotların həlak olduğu bildirilir.

15:55

Rusiyanın Bryansk vilayətində “Mi-8” helikopteri havada alovlara bürünüb və yerə çırpılıb.

Sosial şəbəkələrdə bununla bağlı görüntülər yayılıb.

Daha sonra helikopterin havada vurulduğu məlum olub. “Mi-8”in düşdüyü ərazidən 40 km aralıda isə “Su-34” hərbi təyyarəsinin vurulduğu bildirilir.

Helikopterdə də, qırıcıda da pilotların həlak olduğu qeyd olunur.

Regionda “Mi-8” və “Su-34”-ə hücumda iştirak edə biləcək diversantların axtarışına başlanıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir