Dünya

“Əl-Hilal” İtaliya klubunun ulduzunu transfer edir

Sharing is caring!


“Latsio”nun futbolçusu Serqey Milinkoviç-Saviç karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

İtalyan insayder Fabritsio Romanonun yaydığı məlumata görə, “Əl-Hilal” onu transfer etmək istəyir. Ərəblər artıq İtaliya klubu ilə razılığa gəliblər. “Əl-Hilal” serbiyalı yarımmüdafiəçi üçün 40 milyon avro ödəməyə razılaşıb.

Klub yaxın zamanda ulduz oyunçunun özü ilə danışıqlara başlayacaq.

“Əl-Hilal” bu yay “Vulverhempton”dan Ruben Neveş və “Çelsi”dən Kalidu Kulibalini transfer edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir