Dünya

Independent: “İsveçrəni qətllər dalğası bürüyüb”

Sharing is caring!


İsveçin baş naziri Ulf Kristersson ölkədə asayişi bərpa etmək üçün ordunun nümayəndələrinə müraciət etmək məcburiyyətində qalıb. İndi təkcə polis deyil, həm də hərbçilər silahlı cinayətlə mübarizə aparacaqlar.

Bu barədə “Independent” məlumat yayıb.

Hökumət başçısının sözlərinə görə, o, ölkədəki vəziyyət, daha doğrusu, qətllərin sayının kəskin artması və partlayıcı qurğuların tətbiqi fonunda belə kəskin tədbirlər görməyə məcbur olub.

Belə ki, təkcə ötən həftə İsveçin paytaxtında 24 saat ərzində iki kişi güllələnib, Stokholm ətrafındakı qəsəbələrdən birində isə gənc qadın partlayış nəticəsində həlak olub. Polisin verdiyi məlumata görə, öldürüləcək şəxs onun qonşusu olub, lakin qatillər “bir az yanılıblar”.

Ümumilikdə, sentyabrın əvvəlindən ölkədə silahlı quldurlar tərəfindən 12 nəfər qətlə yetirilib ki, bu da əhalisi 11 milyon nəfərdən az olan dövlət üçün az deyil. Demək olar ki, bu, son beş il ərzində ən yüksək göstəricidir.

“Vəziyyətin nə dərəcədə ciddi olduğunu etiraf etməyə bilmərəm. İsveçrədə əvvəllər belə bir şeylə rastlaşmamışıq. Hazırda Avropanın heç bir ölkəsində belə bir hallar yaşanmır”, – deyə Kristersson İsveç vətəndaşlarına müraciət edərkən deyib.

Mənbə: Independent

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir