Cəmiyyət

Bakı şəhərinin “3D mobil xəritə” sistemi hazırlanır

Sharing is caring!


Bakı şəhərinin 3D xəritəsini çəkirik. Bu, daha dəqiq və müasir mobil xəritə olacaq.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) rəisi Namidan Piriyev deyib.

NİİM rəisi bildirib ki, bu gün hamı üçün getdiyi yeri əvvəlcədən görə bilmək, seçim etmək və ora daha tez çatmaq birinci məsələlərdən biridir:

“Vətəndaşlarımız 3D xəritəyə baxıb istədikləri yer haqqında məlumat əldə edə biləcəklər. Bununla yanaşı, mobil tətbiqin hazırlanması istiqamətində işlərimiz gedir. Bu sahədə də çalışırıq. Mobil tətbiq vasitəsilə vətəndaşlar yollar barədə məlumat alacaqlar. Harada sıxlıq, qəza var, hansı yolla gedəcəyimiz yerə daha tez çatmaq olar kimi məlumatlar veriləcək. Hazırda isə bu cür məlumatları sosial şəbəkələr və media vasitəsilə veririk”.

O, “3D mobil xəritə” sisteminin yollardakı tıxac və sıxlıqlar, həmçinin qəzalar barədə məlumat verən digər mobil tətbiqlərdən üstün cəhətlərini də açıqlayıb:

“Düzdür, həmin proqramlar var. Bizim üstünlüyümüz o olacaq ki, yolda qəza və ya texniki nasazlıq olacağı halda onu mobil tətbiqə daha tez daxil edə biləcəyik. Yəni bunu sıxlıq yaranan kimi görəcəyik. İndi istifadə olunan proqramlarda əvvəlcə həmin ərazi xəritədə qızarır, sonra görə bilirsiniz. Amma 3D xəritədə bunları daha operativ və dəqiq görə biləcəyik”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir