Cəmiyyət

Gülverdi Hüseynovun nəvəsi: “Hər zaman babamı itkin kimi bilirdim, amma artıq bir ziyarət yerimiz var”

Sharing is caring!


“Babamın ruhu 31 ildən sonra rahatlıq tapdı”.

Oxu.Az verir ki, bunu 1992-ci ildə Şuşa rayonu Daşaltı kəndi uğrunda döyüşlərdə şəhid olan Gülverdi Hüseynovun nəvəsi Əkbər Qasımov deyib. O qeyd edib ki, babasının meyitinin qalıqlarının tapılması ailəsini həm sevindirib, həm də kədərləndirib:

“Allah bütün şəhidlərimizə rəhmət eləsin. Hər zaman babamı itkin kimi bilirdim, amma artıq bir ziyarət yerimiz var”.

Qeyd edək ki, 1951-ci il təvəllüdlü Gülverdi Ağahüseyn oğlu Hüseynov 1992-ci ildə Şuşa rayonu, Daşaltı kəndi ərazisində itkin düşüb.

Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə şanlı ordumuzun Vətən müharibəsində düşmən üzərində tarixi qələbə qazanmasından sonra işğaldan azad edilən torpaqlarımızda genişmiqyaslı yenidənqurma və abadlıq işləri həyata keçirilməkdədir. Bu işlər aparılan zaman Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş Azərbaycan hərbçilərinin sümüklərinin qalıqları aşkarlanıb.

Aparılmış ekshumasiya zamanı şəxsiyyəti müəyyən olunmuş 10 şəhiddən birinin Abşeron rayonu Qobu qəsəbə sakini, 1951-ci təvəllüdlü gizir Gülverdi Ağahüseyn oğlu Hüseynov olduğu müəyyənləşib.

Onun meyitinin qalıqları bu gün Qobu qəbiristanlığında nəvəsi – Vətən müharibəsi şəhidi Gülverdi Abil oğlu Qasımovun məzarının yanında dəfn olunub.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir