Azərbaycanda son sutkada 13 nəfər vaksinasiya olunub.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Gün ərzində birinci doza vaksinlərin sayı 0, ikinci doza vaksinləri sayı 1-dir.
Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 12-dir. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 0 olub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 781 770, birinci doza peyvəndlərin ümumi sayı 5 359 466, ikinci doza vaksinlərin sayı 4 855 347 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 316 498, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 250 459 olub.
Xeberal.az