Cəmiyyət

Cəlilabadda Hülakülər dövrünə aid artefaktlar tapıldı – FOTO

Sharing is caring!


Cəlilabad rayonunun Çəmənli kəndi ərazisində yerləşən Xudutəpə abidəsində arxeoloji qazıntılar aparılır.

APA-nın Cənub bürosunun verdiyi xəbərə görə, qazıntılar Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent, arxeoloq Anar Ağalarzadənin rəhbərliyi altında aparılır.

A.Ağalarzadənin sözlərinə görə, qazıntı işləri hazırda ilkin mərhələdədir:

“Builki qazıntılar yaşayış məskənində davam etdirilir. Çoxtəbəqəli olan bu abidənin üst qatında orta əsrlərə aid zəngin maddi mədəniyyət qalıqları üzə çıxır. Qazıntılar zamanı şirli və şirsiz saxsı məmulatı, ocaq yerləri, təndir qalıqları tapılıb. Aşkarlanan bir ədəd mis sikkə maraq doğurmaqla yanaşı, abidənin orta əsrlər təbəqəsinin dəqiq tarixini müəyyən etməyə imkan verir. Tədqiqatlara görə, sikkə Hülakülərin doqquzuncu hökmdarı Sultan Əbu Səid Bahadur (1305-1335) xanın adına kəsilmiş puldur.

Hazırda abidədə arxeoloji qazıntılar dərin qatlara doğru davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir