Dünya

Şimali Koreya lideri bataqlığa girdi, şalvarını islatdı – FOTO

Sharing is caring!


Şimali Koreyada daşqınların bərpasının davam etdiyi Onçhon qəzasındakı bərpa işlərini yoxlayan zaman Kim Çen In bataqlığa girib, şalvarını isladıb. Bundan sonra məmurları vəzifələrinə məsuliyyətsiz münasibət göstərdiklərinə görə tənqid edib.

Onun sözlərinə görə, ziyan “təbii fəlakətlərdən deyil, avaraların məsuliyyətsizliyi və ləngliyi ucbatından” baş verib.

Kim təhlükəsizlik qüvvələrinə insidentin səbəbkarlarını tapmağı, partiya və hüquqi planda cəzalandırmağı tapşırıb.

Qeyd edək ki, son bir ay ərzində Asiya-Sakit Okean regionu eyni vaxtda bir neçə güclü qasırğa ilə üzləşib ki, bu da Çin, Şimali Koreya, Cənubi Koreya, Yaponiya və digər ölkələrdə daşqınlara, torpaq sürüşmələrinə səbəb olub.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir