Cəmiyyət

Səhiyyə Nazirliyində İsrailin tibbi məhsullar istehsal edən şirkətinin rəhbər şəxsləri ilə görüş olub – FOTO

Sharing is caring!

Azərbaycan Səhiyyə Nazirliyində İsrailin tibbi məhsulların istehsalı üzrə aparıcı şirkətlərindən biri olan “BioPharmax” şirkətinin rəhbərləri ilə görüş keçirilib.

Nazirlikdən bildirilib ki, giriş sözü ilə çıxış edən səhiyyə naziri Teymur Musayev ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayaraq, səhiyyə və tibb elmi sahəsində əməkdaşlığımızın nümunəvi olduğunu qeyd edib:

“İsrail yüksək səviyyəli təhsil və səhiyyə sisteminə malik ölkələrdən biridir. Bunu əsas tutaraq, səhiyyə sahəsində əməkdaşlıqdan məmnunuq. Eyni zamanda, səhiyyənin nəzdində olan yüksək texnologiya sahələrində – virusologiya, mikrobiologiya və digər istiqamətlərdə əməkdaşlığımız konsturiktivdir”.

Ölkələrimiz arasında əczaçılıq sahəsində əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan nazir İsraildə güclü əczaçılıq sənayesinin yaradıldığını, elmi-tədqiqat bazasının inkişaf etdirildiyini, dərman vasitələrinin istehsalı sahəsində innovasiyaların tətbiq olunduğunu diqqətə çatdırıb.

Sonda Teymur Musayev əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən “BioPharmax” şirkətinin vitse-prezidenti Yossi Tzabari təmsil etdiyi şirkətin tibbi təhsil, səhiyyənin rəqəmsal transformasiyası və digər sahələrdə Azərbaycan Səhiyyə Nazirliyi ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb. Həmçinin yüksək keyfiyyətli tibbi avadanlıqlar sənayesinin Azərbaycanda istifadəsinin müstəsna əhəmiyyət kəsb etdiyi bildirib.

Görüşün sonunda tərəflər əməkdaşlığı inkişaf etdirmək barədə müzakirə aparıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir