Dünya

İstefaya göndərilməsindən sarsılan Tuxel “Çelsi”dən vaxt istəyib

Sharing is caring!

Ötən gün “Çelsi”dəki baş məşqçi postundan kənarlaşdırılan Tomas Tuxelin istefaya göndərilməsinin təfərrüatı məlum olub.

Mənbə yazır ki, almaniyalı mütəxəssis oyunçuları məşqə çıxarmaq məqsədi ilə səhər saatlarında komandanın məşq bazasına gəlib.

Orada 49 yaşlı mütəxəssisi qarşılayan “Çelsi” klubunun rəhbərliyi artıq onunla yollarını ayırdıqlarını bildirib.

T.Tuxel hətta vəziyyəti düzəltmək üçün əlavə vaxt da istəyib, lakin rəhbərlik qərarın dəyişdirilməyəcəyini bildirib.

Ona göstərilən münasibətdən sarsılan Tuxel dərhal əşyalarını toplayaraq “Çelsi”nin bazasını tərk edib.

Mənbə: The Sun

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir