Cəmiyyət

Ucarda kişi qəzada ağır xəsarət alıb

Sharing is caring!


Ucar rayonunda 43 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.

“Report” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində, 1980-ci il təvəllüdlü Rəşad Əsgər oğlu Lətifov xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməyi ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Lakin vəziyyəti ağır olduğuna görə Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir