Dünya

Türkiyə sakinlərinə mümkün fəlakətlər barədə xəbərdarlıq edildi – VİDEO

Sharing is caring!


Türkiyənin Təbii Fəlakətlər və Fövqəladə Hallarla Mübarizə İdarəsi (AFAD) bazar günü ölkənin Qara dəniz sahilindəki 15 bölgədə narıncı həyəcan səviyyəsi (sondan əvvəlki səviyyə – red.) elan edib.

Sözügedən ərazilərin çoxu güclü yağışlar səbəbindən su altında qalıb.

Qurumun açıqlamasında bildirilir ki, təbii fəlakətlər və yaşayış məntəqələrinə ziyan dəyməsi ehtimalı ilə bağlı xəbərdarlıq çərşənbə axşamına qədər qüvvədədir.

Qeyd edək ki, leysan yağışların fəsadları ilə bağlı məlumatlar dəqiqləşdirilir. Məlumata görə, həftənin sonunda Türkiyənin Qara dəniz bölgəsinə yağan yağışlar Bartın, Giresun, Düzce, Zonquldak, Ordu, Sakarya və Samsun vilayətlərində çayların daşmasına və selə səbəb olub.

AFAD və yerli bələdiyyələrin texnikası yolları və şəhərlərin küçələrini təmizləyir. Səlahiyyətlilər həmçinin bir sıra hissələri çökəndükdən sonra bağlanan Zonquldak-İstanbul avtomobil yolunun açılması üçün tədbirlər görürlər.

Mənbə: Anadolu

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir