Dünya

Putinin həbs təhlükəsinə rəğmən BRİCS sammiti əyani olacaq

Sharing is caring!


Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa avqustda təşkili planlaşdırılan BRİCS (Brazil, Russia, İndia, China, South Africa) ölkələrinin sammitinin ənənəvi üz-üzə formatda keçirilməsinə qərar verildiyini bildirib.

O qeyd edib ki, təşkilat üç ilə yaxındır ki, əyani sammitlər keçirmir.

Xatırladaq ki, tədbirə maraq Beynəlxalq Cinayət Məhkəməsinin barəsində həbs qərarı çıxardığı Rusiya Prezidenti Vladimir Putinin sammitdə mümkün iştirakı və CAR-da saxlanılma təhlükəsidir.

Kreml bəyan edib ki, Putin sammitə dəvət alıb və onun iştirak formatı ilə bağlı “məqsədyönlü qərarlar veriləcək”.

Mənbə: mk.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir