Dünya

Niger hava məkanını bağlayır

Sharing is caring!


Nigerdə ​​hakimiyyəti ələ keçirən hərbçilər ölkənin hava məkanının qismən bağlandığı barədə bəyanat veriblər.

Həmçinin devrilmiş prezident Mohamed Bazumun vəzifəsinə bərpası üçün son müddətin bazar günü başa çatması ilə bağlı xarici güclər tərəfindən hücum ola biləcəyi ilə bağlı xəbərdarlıq ediblər.

Söhbət Qərbi Afrika qonşularının təyin etdiyi son tarixdən gedir ki, bu müddətdə Nigerə müdaxilənin mümkünlüyü barədə bəyanatlar verilib. Hələlik hərbi əməliyyatla bağlı hər hansı xəbərlər daxil olmayıb.

Bununla belə, çevriliş liderləri iddia edirlər ki, onlara qarşı bu qəbildən aksiyalar hazırlanır.

Xuntanın nümayəndəsi Amadou Abdraman “Tele Sahel” dövlət televiziyasının efirində bildirib ki, bu müharibənin başlanması ilə bağlı artıq planlaşdırılma aparılıb və iştirak edəcək qüvvələrin ilkin olaraq iki Mərkəzi Afrika ölkəsində yerləşdirilməsinə başlanılıb.

Lakin o, başqa təfərrüatları açıqlamayıb.

Xatırladaq ki, bazar günü Nigerdə​​ beynəlxalq uçuşlar üçün hava məkanının bağlanacağı elan edilmişdi və yalnız hərbi müdaxiləyə qarşı çıxan Əlcəzair, Burkina Faso, Mali, Liviya və Çad da daxil olmaqla bir sıra ölkələr istisna təşkil edirdi.

Onu da qeyd edək ki, daha əvvəl Qərbi Afrikanın müdafiə idarələrinin rəhbərləri Müdafiə Nazirliyinin regional nümayəndələrinin üç günlük görüşündən sonra mümkün hərbi müdaxilə planı ilə bağlı razılığa gəliblər.

Mənbə: Bloomberg

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir