Siyasət

Fransız siyasətçilər də Fransanın Azərbaycana qarşı mövqeyini tənqid etdilər

Sharing is caring!


Fransada 60-dan çox senator, deputat və ərazi orqanlarının nümayəndələrinin Fransa hökumətinə müraciət edərək Qarabağdakı qondarma rejimə dəstək verilməsini tələb etmələri bir çox fransız siyasilər tərəfindən də qətiyyətlə pislənib.

Parisdə fəaliyyət göstərən Strateji Təhlil və Geosiyasi Tədqiqatlar Mərkəzinin sədri Naim Asas Bizim.Media-ya açıqlamasında bildirib ki, Azərbaycanda neqativ qəbul edilən bu kimi xəbərlərə sərt reaksiya vermək düzgün deyil.

Çünki Ermənistanı yalnız senatorların 17 faizi dəstəkləyir ki, bu da bütün Fransanın mövqeyi demək deyil.

“Xüsusən də dövlət aparatında və mətbuatında xeyli sayda erməni diasporunun nümayəndələrinin olması səbəbindən bu, bəzi senatorların (onlardan 60-ı) bu cür hərəkətə keçməsində rol oynayıb.

Senatorlar və ya nümayəndələr kimi ictimai xadimlər tərəfindən irəli sürülən ittihamlar və müraciətlər onların fərdi baxışlarına və siyasi mövqelərinə görə dəyişə bilər. Nəzərə almaq lazımdır ki, bu bəyanatlar onların konkret hadisələrə və münaqişələrə münasibətini əks etdirə bilər.

Qarabağ məsələsi Ermənistan və Azərbaycan arasında uzun tarixə malik olan mürəkkəb və həssas mövzudur. Fərqli ölkələr və beynəlxalq qurumlar diplomatik, tarixi əlaqələri və ya geosiyasi maraqları əsasında bu məsələdə fərqli mövqelərə malik ola bilirlər.

Düşünürəm ki, Qarabağ ətrafındakı vəziyyət davam edən geosiyasi maraqlar və beynəlxalq münasibətlər məsələsi olaraq qalır və ona incəlikləri ilə yanaşmaq vacibdir”, – deyə N.Asas bildirib.

“Sakit Okean Müstəqillik Hərəkatı”nın (MOI) yaradıcısı Arno Şolle-Leakava qeyd edib ki, o da Makron hakimiyyətinə qarşı mübarizə aparan hərəkat lideridir.

Onun sözlərinə görə, Fransanın öz vətəndaşlarına biganə münasibəti elə xarici ölkələrə də münasibətindən xəbər verir.

“Fransanın davranışı olduqca sadədir. O, bütün dünyada müstəmləkəçilik siyasətini davam etdirir. Özünü, həmişə olduğu kimi, bütün dünyaya dərs verən şəxs kimi aparır. Əzab çəkən fransız xalqının qayğısına isə heç vaxt qalmır”, – deyə Leakava qeyd edib.

Fransalı tarixçi Maksim Qoən də hesab edir ki, senatorların çağırışları əhəmiyyətsizdir və ciddi qəbul edilməməlidir:

“Birincisi, Fransada 348 senator var. Altmış nəfər isə çox kiçik bir azlıqdır. Onlar müxalifət partiyalarına aiddir və Azərbaycan rəhbərliyinə heç bir sanksiya tətbiq etmədiyi üçün cənab Makrona açıq-aşkar hücum edirlər.

14 iyul və 15 avqust tarixləri arasında (yəni fransızların çoxunun tətildə olduğu vaxt) bir məqalənin dərc edilməsini nəzərə alsaq, onların hamısının imzaladıqları kağıza əhəmiyyət verilməsi təəccüblüdür. Görünür, onlar imzaladıqları bəyanatın çox yayılmaması üçün məhz bu günü seçiblər”.

Erməni lobbisinin Fransada güclü olmasına diqqət çəkən fransız tarixçi bildirib ki, Azərbaycan da Fransada fəal olmalı və bir çox yeni media qurumları ilə əməkdaşlıq etməlidir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir