İdman

Millinin məşqçisi: “Bu, yeniyetmə ağırlıqqaldıranlarımızın son 10 ildə qazandığı ən möhtəşəm nəticədir”

Sharing is caring!


“Bu, yeniyetmə ağırlıqqaldıranlarımızın son 10 ildə əldə etdiyi ən möhtəşəm nəticədir”.

Bu sözləri Oxu.Az-a açıqlamasında yeniyetmə ağırlıqqaldıranlardan ibarət Azərbaycan millisinin məşqçisi Kamran İsmayılov idmançılarımızın Moldovanın paytaxtı Kişineuda keçirilən Avropa birinciliyindəki çıxışı barədə danışarkən deyib.

O, komandadan uğurlu nəticə gözlədiklərini bildirib: “Yığma komanda 11 idmançı ilə Avropa birinciliyinə qatılmışdı. Onlardan üçü qız, səkkizi oğlan idi. Oğlanlarımızdan altısı mükafatçılar sırasına düşdü. Ümumilikdə 14 medal qazandıq ki, səkkizi qızıl, dördü gümüş, ikisi bürünc oldu. Bu, yeniyetmələrimizin son 10 ildə əldə etdiyi ən möhtəşəm nəticəsidir. Yüksək nəticə qazanmağımızda federasiya və nazirliyin böyük əziyyəti, əməyi olub. Bu uğuru gözləyirdik. Uşaqlar yaxşı hazırlamışdılar. Bilirdik, inanırdıq ki, nəticələrimiz yüksək olacaq”.

Məşqçi yeniyetmə idmançıların gələcəkdə gənclər və böyüklər arasında da uğur qazanacağına inamını ifadə edib: “Hazırda olan yeniyetmələrdən ibarət komandamızın üzvləri son yeddi, səkkiz ildə idmana sıfırdan başlayanlardır. Bu uğur təmiz idman siyasətimizin bəhrəsidir. Uşaqlar artıq Avropa arenasında öz sözlərini deməyə başladılar. Bu, bizə ümid verir. Uşaqları bir neçə il sonra gənclərdən ibarət yığma komandada, daha sonra böyüklər arasında yarışlarda görəcəyik”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir