İdman

Azərbaycanlı ağır atlet: “Hədəfim Olimpiya çempionu olmaqdır”

Sharing is caring!


“Yarış çox yaxşı keçdi. Yüksək səviyyədə hazırlaşmışdıq. Altı rəqibimi üstələyib çempion oldum”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Azərbaycanın yeniyetmə ağırlıqqaldıranı Hüseyn Heydərov Moldovanın paytaxtı Kişineuda keçirilən Avropa birinciliyindəki çıxışı barədə danışarkən deyib.

Üç qızıl qazanan ağır atlet gələcək hədəfləri barədə danışıb: “Hədəfim dünya və Olimpiya çempionu olmaqdır. Qarşıdakı yarışlara hazırlaşacağam. Özümü daha da inkişaf etdirib, idmanda təsdiqləməliyəm”.

Qeyd edək ki, Azərbycan millisi Avropa birinciliyini 14 medalla (8 qızıl, 4 gümüş və 2 bürünc) başa vurub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir