Cəmiyyət

Serebral iflicdən əziyyət çəkən Ömərin anası: “Övladımın müalicəsi üçün 200 manata ehtiyacımız var” – FOTO

Sharing is caring!


12 yaşlı Ömər Pirmalıyevin sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Nərminə Əzizova deyib.

O bildirib ki, övladı serebral iflicdən əziyyət çəkir.

“Ömər doğulan gündən serebral iflicdən əziyyət çəkir. Bu günə qədər bütün müalicələrini etmişik, amma artıq tükənmişik. Onun müalicələrini davam etdirməyə imkanımız yoxdur. Müalicələr olmayanda isə Ömərin ağrıları daha da artır, əziyyət çəkir”.

Nərminə Əzizova bildirib ki, Ömərə həm də pnevmoniya diaqnozu qoyulub.

“Öməri soyuq havalarda qətiyyən çölə çıxarmırıq. Qış ərzində ancaq evdə olur. Evin istisinə o qədər öyrəşir ki, çox az müddətə çölə çıxanda xəstələnir. Həkim Ömərə pnevmoniya diaqnozu qoyub. Ömər pnevmoniyaya görə dəfələrlə müalicə alsa da, böyük irəliləyiş olmayıb. Hazırda müalicələri davam edir, müalicə üçün 200 manata ehtiyacımız var. Ömərin vəziyyəti ilə bağlı mən işləyə bilmirəm, ailəmizdə tək işləyən yoldaşımdır. Yardımsevər şəxslərdən mənim balama dəstək olmağı, onu bu yolda tək qoymamağı xahiş edirəm”.

Ailə ilə əlaqə: (051) 373-24-47

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir