Dünya

“RT France” müflis elan edildi

Sharing is caring!


Fransa məhkəməsi Rusiya hakimiyyəti tərəfindən maliyyələşdirilən RT telekanalını rəsmən müflis elan edib.

Bu barədə RT şirkətin prezidenti Kseniya Fedorova məlumat verib.

“Nant şəhər məhkəməsi “RT France”ı ləğv etmək qərarına gəlib” – deyə şirkətin prezidenti vurğulayıb.

Şirkət prezidentinin sözlərinə görə, “RT France”ın əməkdaşları yaxın günlərdə işdən çıxarılacaqlar.

Qeyd edək ki, Rusiya Federasiyasının dövlət büdcəsindən maliyyələşən ingilisdilli xəbər kanalına “RT International”, “RT Arabic”, “RT en Español”, “RT France”, “RT DE” telekanalları, həmçinin ingilis dilində “RT Documentary” və rus dilində “RT Doc” kanalları daxildir.

2022-ci ildə Rusiyanın Ukraynaya təcavüzündən sonra kanalın yayımına Avropa İttifaqında və əksər Qərb ölkələrində məhdudiyyət qoyulub. Məlumat üçün əlavə edək ki, “Russia Today” telekanalının rəhbəri Marqarita Simonyandır.

Mənbə: Politico

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir