Dünya

Kabildə təhsil mərkəzində partlayışda ölənlərin sayı artdı

Sharing is caring!

Cümə günü Kabilin qərbində təhsil mərkəzində baş verən partlayış nəticəsində ölənlərin sayı 43-ə çatıb, 83 nəfər yaralanıb.

Ölənlər əsasən qızlar və gənc qadınlardır.

Qurbanların sayının artacağı istisna edilmir.

Daha əvvəl partlayış nəticəsində 35 nəfərin öldüyü və 82 nəfərin yaralandığı bildirilmişdi.

Qeyd edək ki, partlayış sentyabrın 30-da şəhərin qərbindəki Daşti Barçi rayonundakı “Kaj” təhsil mərkəzində baş verib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir