Dünya

Dermatoloq bir çox insanın yol verdiyi səhvi AÇIQLADI

Sharing is caring!


Xalı zədələyən zaman nə etməliyik?

Bu sualı rusiyalı dermatoloq Alyona Kolesnik cavablandırıb.

O qeyd edib ki, zədələnmiş xal qızara, ağrıya və hətta yerində iltihablı proses başlaya bilər:

“Bunun qarşısını almaq üçün çox zaman zədələnmiş xalı antiseptik ilə işləyib, üstündən plastr yapışdırırlar. Bunu etmək qətiyyən olmaz. Zədələnmiş nöqtəni bağlamaq olmaz. Heç bir halda zədələnmiş xalın üstünə spirt, antiseptik və ya hidrogen peroksid vurmaq olmaz”, – deyə mütəxəssis əlavə edib.

Kolesnik vurğulayıb ki, gündə iki dəfə xlorheksidin ilə zədələnmiş yeri işləmək olar. Ancaq istənilən halda dermatoloqa müraciət etmək yaxşı olar.

Mənbə: runews24.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir