Hadisə

Sabiq nazir dəm qazından boğularaq öldü – Foto

Sharing is caring!

Rusiyanın sabiq kənd təsərrüfatı naziri Aleksandr Nazarçuk vəfat edib.

XəbərAl.az xəbər verir ki, bunu Altay diyarının hökuməti açıqlayıb.

Bildirilib ki, A.Nazarçuk Altaydakı öz evində 81 yaşında dünyasını dəyişib.

Keçmiş hökumət üzvünün dəm qazından boğularaq öldüyü ehtimal olunur.

“Ölümün səbəbi hələlik bəlli deyil. Bu, araşdırmalardan sonra məlum olacaq. Belə yaşda ölümə səbəb çox şey ola bilər”, – yerli İstintaq İdarəsinin nümayəndəsi söyləyib.

Qeyd edək ki, Aleksandr Nazarçuk 1994-cü ildən 1996-cı ilədək Rusiyanın ikinci kənd təsərrüfatı naziri olub.

Sabiq nazir dəm qazından boğularaq öldü -  Foto

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir