Dünya

Aleksey Danilov: “Amerika PUA-sının vurulması Putinin hər şeyə getməyə hazır olduğuna dair siqnaldır”

Sharing is caring!


“Qara dənizdə Amerika pilotsuz təyyarəsinin vurulması Rusiya Prezidenti Vladimir Putinin Qərbə siqnalıdır. Putin “stavkaları” qaldırmağa hazırdır”.

Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov “Twitter” hesabında məlumat verib.

“Rusiyanın Qara dənizdə törətdiyi bu insident Putinin digər tərəfləri cəlb etməklə münaqişə zonasını genişləndirməyə hazır olduğuna dair siqnaldır. Va-bank taktikası – strateji məğlubiyyət zamanı vəziyyətin dəyişəcəyi ümidi ilə “stavka”ların yüksəldilməsidir”, – deyə Danilov qeyd edib.

Xatırladaq ki, martın 14-də Rusiya döyüş təyyarəsi Qara dəniz üzərində Amerikanın “MQ-9 Reaper” PUA-sı ilə toqquşub.

Mənbə: RBC-Ukrayna

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir