Dünya

Ermənilər Azərbaycan musiqi alətlərini erməni adı altında təqdim etməkdə davam edir

Sharing is caring!

Ermənistan Azərbaycan xalqına məxsus olan milli mədəniyyət nümunələrini öz adına çıxarmaqda davam edir. Bununla da onlar Azərbaycanın mədəniyyət nümunələrini özününküləşdirməyə çalışırlar.

Belə ki, Ermənistan balaban və digər milli musiqi alətlərimizi öz adları altında Cenevrə Etnoqrafiya Muzeyinə hədiyyə etmək qərarına gəlib.

Artıq bununla əlaqədar Cenevrə Etnoqrafiya Muzeyinin və Ermənistanın Cenevrədəki səfirliyinin nümayəndələrinin görüşündə razılıq əldə olunub.

Qeyd olunur ki, Ermənistan Milli Musiqi Alətlərinin Bərpası və İnkişafı Fondu hədiyyə olaraq Cenevrə Etnoqrafiya Muzeyinə iki kamança, iki kanon, üç balaban və iki tütək hədiyyə edəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir