İqtisadiyyat

Deputat: “İşğaldan azad edilən ərazilərin bərpası üçün vəsait artırılsın”

Sharing is caring!

“44 günlük Vətən müharibəsində qələbəni təmin edən səbəblərdən biri də dövlətimizin iqtisadi və maliyyə inkişafı idi. 44 gün ərzində biz sosial, iqtisadi cəhətdən heç bir çətinlik çəkmədik”.

XəbərAl.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan xalqının və dövlətinin qarşısında duran ən ümdə vəzifə işğaldan azad olunan ərazilərimizə qayıtmaqdır: “Əgər mümkündürsə, həmin ərazilərin bərpası üçün ayrılan 2,2 milyard manat artırılsın. Gələn il ölkəmizdə pensiyalar, müavinətlər artırılacaq. Bu, çox yaxşı bir haldır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir