Dünya

Tacikistanda növbəti qar uçqunu: Ölənlər var

Sharing is caring!

Tacikistanın şimalında, Düşənbə-Çanak magistralının Suqd rayonuna gedən hissəsində qar uçqunu nəticəsində 3 nəfər ölüb.

Bu barədə bazar günü “Innovative Road Solutions” (IRS) şirkətinin yola xidmət göstərən Tacikistandakı filialı məlumat verib.

“Düşənbə-Çanak avtomobil yolunun 157-ci km-də (Şaxristan aşırımı) “Musso” markalı avtomobil qar uçqunu altında qalıb. Nəticədə 3 nəfər yerindəcə ölüb, bir sərnişin isə Şəhristan rayon xəstəxanasına yerləşdirilib”, – məlumatda deyilir.

Xatırladaq ki, fevralın 15-də Tacikistanın Dağlıq Bədəxşan vilayətində və Varzob rayonunda baş vermiş bir neçə qar uçqunu nəticəsində 18 nəfər həyatını itirmişdi.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir