Dünya

Fransada avtomobilləri yumaq qadağan edildi

Sharing is caring!

Fransa hakimiyyəti quraqlıq səbəbindən ölkənin cənubundakı dörd departamentdə su istehlakına məhdudiyyətlər qoyub.

Bu barədə bazar günü Ekoloji Keçid və Ərazi Birliyi naziri Kristof Beşu bildirib.

“Dörd departamentdə məhdudiyyətlər tətbiq edilib: İzer, Buş-dyu-Ron, Var və Şərqi Pireney. Prefektin əmri aprelin 30-dək fiziki şəxslərə avtomobillərini yumaq, qazonları sulamaq, hovuzu doldurmaq qadağan olunub. Yerli səviyyədə fermerlər də daxil olmaqla hamı su istehlakını 50% azaltmalıdır”, – deyə o bildirib.

Nazirin sözlərinə görə, respublikanın bəzi digər idarələri də nəzarətdədir, onlarda da analoji tədbirlər tətbiq oluna bilər.

Qeyd edək ki, Fransanın meteoroloji xidməti 2022-ci ili ölkə tarixinin ən isti ili kimi tanıyıb. Belə ki, ötən il orta illik temperatur təxminən 14,5 dərəcə qeydə alınıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir