Tədbirlər

Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUP) və BMT-nin Əhali Fondunun (UNFPA) dəstəyi ilə İsmayıllı rayonunda “Azərbaycanda məişət zorakılığı ilə mübarizə üzrə fəaliyyət göstərən monitorinq qruplarının bacarıqlarının artırılması” layihəsinin növbəti görüşü keçirilmişdir.

Sharing is caring!

Cəmiyyətimizdə məişət zorakılığının qarşısının alınması, zorakılıq hallarından zərər çəkmiş şəxslərə yardımın göstərilməsi kimi mövzuları əks etdirən təlimi Azərbaycan Respublikası Vəkillər kollegiyasının üzvü, vəkil, Mediasiya İdarə Heyətininin üzvü,Hüquqşünas Sima Yaqubova tərəfindən keçirilmişdir.

Təlim zamanı braşürlar və Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış vahid qısamüddətli orderin nümunəsi təlim iştirakçılarına paylanmışdır. Bundan başqa məişətdə, sosial-ictimai, iqtisadi və mədəni həyatda gender balansının qorunmasının, sağlam və faydalı həyat tərzi olan fərdlər arasında diskriminasiyaya yol verilməməsinin önəmi auditoriyaya çatdırılmışdır.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir