Dünya

III Çarlzın tacqoyma mərasiminin himninin müəllifi məlum olub

Sharing is caring!

Böyük Britaniya kralı III Çarlzın tacqoyma mərasimində səsləndiriləcək musiqilərdən biri bəstəkar, “İsa Məsih Superstar” rok operasının, həmçinin “Pişiklər” müziklinin müəllifi Endryu Lloyd Uebber tərəfindən yazılıb.

Bildirilir ki, kral tacqoyma üçün musiqini şəxsən seçib, çünki o, mərasimin həm ənənə, həm də müasir yanaşmaları birləşdirməsini istəyir.

Tacqoyma mərasimində orkestr üçün 5, xor üçün 5 və orqan üçün bir əsər təqdim olunacaq.

Həmçinin, tədbirdə Kralın atası, Korfu adasında doğulmuş şahzadə Filipin xatirəsinə yunan pravoslav musiqisi səsləndiriləcək. Bundan əlavə, klassik ingilis bəstəkarları – Berd, Hendel və Elqarın əsərləri ifa olunacaq.

Mənbə: mk.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir