Dünya

Tacikistan sakinləri 300 min dollarlıq qızıl hasil ediblər

Sharing is caring!

Tacikistanın Sənaye və Yeni Texnologiyalar naziri Şerali Kəbir bildirib ki, ölkənin Dağlıq Bədəxşan Muxtar Vilayətinin sakinləri tərəfindən müstəqil qızıl hasilatı üç il ərzində 3 milyon somoni (285 min dollar) məbləğinə çatıb.

O, izah edib ki, Tacikistan hökumətinin vətəndaşlar tərəfindən faydalı qazıntıların müstəqil çıxarılması siyasəti regionda bir sıra iqtisadi problemlərin həllinə kömək edib, həmçinin yeni iş yerlərinin yaradılmasını təmin edib.

Nazirin sözlərinə görə, təkcə 2022-ci ildə muxtar vilayətin sakinləri qızıl hasilatı üçün 74 icazə istəyiblər. Belə ki, Xatlon vilayətində 35, Suqd vilayətində 42, Tacikistanın paytaxtı Düşənbədə isə 55 icazə alınıb.

Kəbir qeyd edib ki, ona həvalə olunan idarə özəl qızıl mədənçiləri arasında izahat işi təşkil edəcək.

Xatırladaq ki, 2019-cu ilin noyabrında Tacikistan Prezidenti Emoməli Rəhmon fiziki şəxslərə respublikada faydalı qazıntıların müstəqil çıxarılmasına icazə verilməsi haqqında Fərman imzalayıb. Bunun üçün ərizəçi müvafiq icazə almalıdır.

Hazırda Tacikistanın müxtəlif bölgələrində əhalidən qeyri-məhdud miqdarda qızıl almaq üçün 30-a yaxın məntəqə var.

Mənbə: rossaprimavera.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir