Dünya

Polşanın eks-prezidenti: “Ukrayna Avropanın ən güclü ordusuna çevriləcək”

Sharing is caring!

“Rusiyanın başlatdığı müharibənin nəticələrinə görə, Ukrayna Avropanın ən güclü ordusuna çevriləcək”.

Polşanın keçmiş prezidenti (1995-2005) Aleksander Kvasnevski “Rzeczpospolita”ya müsahibəsində bu fikirdə olduğunu bildirib.  

O qeyd edib ki, Ukrayna hərbçiləri yeni texnikanı yaxşı mənimsəyirlər.

“Bu müharibə başlayandan ukraynalılar əldə etdiklərinin hamısından istifadə etməyi bacarıblar. Qərbin qorxduğu heç nə olmadı: boşuna verilən pullar, silahlar və s. haqqında təxminlər özünü doğrultmadı. Ukraynalılar onlara verilənlərdən necə istifadə etməyi bilirlər, onlardan görkəmli döyüşçülər yetişir… Şübhə yoxdur ki, bu müharibə başa çatdıqdan sonra biz Avropanın ən güclü və təcrübəli ordusuna malik olacağıq – bu da Ukrayna ordusu olacaq”, – deyə o vurğulayıb.

Aleksander Kvasnevski həmçinin hesab edir ki, müharibədən sonra Ukraynanın NATO-ya daxil olması qaçılmaz olacaq.

“Təhlükəsizlik və baş verənlər səbəbindən Ukrayna bizə lazım olacaq”, – deyə o əlavə edib.

Mənbə: UNİAN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir