Dünya

Ulduz futbolçular zəlzələ qurbanları üçün yardım kampaniyasına qatıldı – FOTO

Sharing is caring!

Türkiyəli futbolçu Merih Dəmiral zəlzələdən zərər çəkənlər üçün yardım kampaniyası təşkil edib. Dəmiralın yardım kampaniyasına son olaraq PSJ-nin ulduz futbolçularından olan Neymar da qatılıb.

Bu barədə Merih Dəmiral sosial media hesabında paylaşım edib.

“Neymar da kampaniyamıza qatılaraq zəlzələdən zərərçəkənlərə dəstək olmaq istədi. Neymarın imzalı formasını hərrac yolu ilə satırıq. Əldə ediləcək gəlirin hamısı Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım etmək üçün Dostlar Dərnəyinə bağışlanacaq. Dəstəklərinə görə Hakan Çalhanoğlu və Gianluigi Donnarummaya çox təşəkkürlər”, – deyə o paylaşımında qeyd edib.

Qeyd edək ki, Merih Dəmiralın zəlzələdən zərərçəkənlər üçün başlatdığı ianə kampaniyasına indiyə qədər bir çox məşhur futbolçular qatılıb. Onların sırasında Kriştianu Ronaldu, Lionel Messi, Kilian Mbappe, Neymar, Erlinq Haaland, Kevin de Bruyne, Harri Keyn, Eden Hazard, Leonardo Bonuççi, Paulo Dibala, Antuan Qrizmann, Alvaro Morata da var.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir