İdman

Nəriman Abbasov: “UFC-yə düşmək üçün yenidən cəhd edəcəyəm”

Sharing is caring!

“UFC-yə düşmək üçün yenidən cəhd edəcəyəm”.

Bunu Azərbaycanın yüngül çəkidə MMA döyüşçüsü Nəriman Abbasov “sports.kz” nəşrinə açıqlamasında deyib.

29 yaşlı idmançı bildirib ki, bütün idmançılara ikinci şans verilir:

“Mən də bundan istifadə etmək istərdim. Açığı, bu turnirdə döyüşmək arzu deyil. Amma özümü orada sınamaq istərdim. Axı bütün güclü döyüşçülər UFC-dədir”.

Abbasov Qazaxıstanın paytaxtı Astanada təşkil olunacaq “Naiza Fighting Championship” turnirində yerli idmançı Fanil Rafikova qarşı keçirəcəyi döyüşə də toxunub:

“Rəqibi analiz edib hazırlaşıram. Qazaxıstan mənim ikinci vətənimdir. Ümid edirəm ki, buradakı qohumlarım və digər sakinlər mənə azarkeşlik edəcəklər”.

Qeyd edək ki, Nəriman Abbasovla Fanil Rafikov arasında döyüş martın 18-də “Jekpe Jek” idman kompleksində keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir