Dünya

“Qalatasaray”, “Fənərbaxça” və “Beşiktaş” klubları zəlzələ qurbanları üçün birləşdi – FOTO/VİDEO

Sharing is caring!

Türkiyənin “Qalatasaray”, “Fənərbaxça” və “Beşiktaş” klubları “Əsrin fəlakəti” olaraq xarakterizə edilən zəlzələnin ziyan vurduğu bölgəyə kömək etmək üçün birləşib.

“Böyük üçlük” adlandırılan klublar bu çətin günlərdə ehtiyac duyulan birlik və həmrəyliyin göstəricisi olaraq zəlzələ bölgəsinə loqolarının birlikdə yer aldığı 3 yardım maşını göndərib.

Mövzu ilə bağlı üç klub birgə bəyanat verib.

“Fevralın 6-da Kahramanmaraşda baş verən və bütün ölkəmizi təsir altına alan zəlzələdə həyatını itirən vətəndaşlarımıza Allahdan rəhmət diləyir, millətimizə başsağlığı veririk. Fəlakətin ilk günündən zərər çəkən vətəndaşlarımızın yanında olmağa çalışdıq. Ehtiyac duyulan hər an üzərimizə düşəni etməyə, onların yanında olmağa dava edəcəyik. Bu çətin günlərdə hamımızın birlik və bərabərlik içində yaralarımızı sarmağa və bir-birimizi qucaqlamağa ehtiyacı var. Bu gün bu birliyin göstəricisi olaraq klublarımızın loqolarının birlikdə yer aldığı 3 yardım maşınını fəlakət bölgəsinə yola saldıq. Ümid edirik ki, klublarımızın birlik və bərabərlik içində vətəndaşlarımızın yanında və ölkəmizin əmrində olduğunu göstərən bu səfər zəlzələ bölgəsindəki vətəndaşlarımıza şəfa gətirəcək, türk futbolu üçün birlik və bərabərlik mərhələsi olacaq”, – deyə bəyanatda qeyd edilib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir