Dünya

Ermənistanda hökumət binasının yaxınlığında atışma olub

Sharing is caring!

Ermənistanın paytaxtı İrəvan şəhərində yerləşən Respublika meydanında, hökumət binasının yaxınlığında atışma baş verib.

Ermənistan mətbuatı xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları yolsuzluq avtomobilini meydanda saxlamağa çalışıblar, bundan sonra silah səsləri eşidilib.

Yolsuzluq avtomobilinin sürücüsü təhlükəli manevrlər edərək polislərdən birini vurub.

Ermənistan polisi bildirib ki, fevralın 10-da saat 23:00 radələrində İrəvanın mərkəzində “Hummer” markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtomobili hüquq-mühafizə orqanlarının əməkdaşları və vətəndaşlar istiqamətində idarə edib. 

Qeyd olunub ki, polis sürücünü dayandırmaq üçün avtomobilin təkərlərinə atəş açıb. Məlumata əsasən İrəvan polisi sürücünün şəxsiyyətini müəyyən edib və bununla bağlı müvafiq tədbirlər görülür.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir