Dünya

HƏMAS Qəzza zolağında humanitar atəşkəsi uzatmağa hazır olduğunu açıqlayıb

Sharing is caring!


Fələstinin HƏMAS radikal hərəkatı Qəzza zolağında humanitar atəşkəsi uzatmağa çalışır.

Bu barədə hərəkatın “Telegram” kanalında paylaşılan bəyanatında deyilir.

“HƏMAS atəşkəsi dörd günlük müddətdən daha çox uzatmağa çalışır və bunu humanitar atəşkəs razılaşmasına əsasən azad edilməli olan girovların sayını artırmaq yolu ilə etməyə çalışır”, – deyə Fələstin radikalları təsdiqləyiblər.

Cümə günü HƏMAS-ın liderlərindən biri Bassem Naim humanitar atəşkəsin hərəkatın məqsədi olduğunu və humanitar fasilənin uzadılacağına ümid etdiyini bildirib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir