Dünya

Zəlzələnin episentri olan Pazarcıkda axtarış-xilasetmə işləri yekunlaşdı

Sharing is caring!

Türkiyədə baş verən zəlzələnin episentri olan Pazarcıkda axtarış-xilasetmə işləri yekunlaşıb.

Bunu Kırıkkale valisi Bülent Tekbıyıkoğlu deyib.

“Hazırda dağıntılar olan yerlərdə axtarış-xilasetmə işlərimizi yekunlaşdırdıq. Bu, burada işimizin bitdiyi demək deyil. Biz yalnız axtarış-xilasetmə işlərimizi tamamladıq. 872 dağılmış binada canlı insanların olması xəbərlərinə müdaxilə etdik. 41 vətəndaşımızı xilas etdik. 379 vətəndaşımız bu fəlakətdə yaralandı. Təəssüf ki, 413 nəfər həlak olub”, – deyə o bildirib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Məndə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir