Cəmiyyət

Bakıda iki avtomobil toqquşdu: Xəsarət alanlar var – FOTO

Sharing is caring!

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Zabrat 1 qəsəbəsində qeydə alınıb.

“Dacia” markalı avtomobilin sürücüsü idarə etdiyi nəqliyyat vasitəsini dayanmış vəziyyətdə olan “Hyundai” markalı avtomobilə çırpıb.

Nəticədə “Hyundai” markalı avtomobil yolun əks istiqamətinə çıxıb. Qəza nəticəsində 3 nəfər xəsarət alıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Avtomobillər ərazidən uzaqlaşdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir