İqtisadiyyat

Təhsil-sahibkarlıq əməkdaşlığı müzakirə edilib – FOTO

Sharing is caring!


Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində Bakıda keçirilən Kiçik və Orta Sahibkarlıq üzrə Dünya Forumunun (SME World Forum 2023) növbəti tədbiri biznes və təhsil arasında əlaqələrə həsr olunub. ADA Universitetinin təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Kiçik Biznes üzrə Beynəlxalq Şuranın (ICSB) dəstəyi ilə keçirilən tədbirdə rəsmi şəxslər, müxtəlif ali təhsil müəssisələrinin professor, müəllim və tələbələri, sahibkarlar iştirak ediblər.

Bu barədə KOBİA məlumat yayıb.

Tədbirdə Davamlı İnkişaf Məqsədlərinə nail olmaq üçün təhsil-sahibkarlıq əməkdaşlığı, bu əməkdaşlıq çərçivəsində sahibkarlığın dəstəklənməsinin təşkilati modellərinin yaradılması və tətbiqi, elmi yeniliklərin biznesə inteqrasiyası, universitetlərin elmi araşdırma mərkəzlərinin potensialından istifadə, kiçik və orta biznesin tələbatına uyğun ixtisaslı kadrların hazırlanması, biznesin təcrübəsinə əsaslanmaqla ali təhsil müəssisələri üçün praktik təhsil proqramları və metodiki vəsaitlərin hazırlanması məsələləri müzakirə edilib.

Tədbirdə ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, ICSB-nin prezidenti və baş icraçı direktoru Ayman El Tarabişi və İdarə Heyətinin sədri Ki Çan Kim, KOBİA-nın İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşov sahibkarlıq və təhsil əməkdaşlığına, bu sahədə həyata keçirilən tədbirlərə dair fikirlərini bölüşüblər.

Tədbir çərçivəsində “İrəliyə yeni bir yol: Sahibkarlıq vasitəsilə Davamlı İnkişaf Məqsədlərinə nail olmaq” və “KOB-lar üçün inkişaf edən tendensiyalar” mövzularında panel müzakirələr təşkil olunub. Müzakirələrə oflayn və onlayn formatda qoşulan Almaniya, Avstraliya, İspaniya, Yaponiya kimi ölkələrin aparıcı ali təhsil müəssisələrinin rəhbər şəxsləri, professor və müəllimləri, ekspertlər təhsil-sahibkarlıq əməkdaşlığına dair trendlər, əməkdaşlıq modelləri, bu əməkdaşlıqdan gözləntilər barədə fikirlərini bölüşüb, iştirakçıların suallarını cavablandırıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir