İqtisadiyyat

Azərbaycan BVF ilə yeni əməkdaşlıq istiqamətlərini müzakirə edib – FOTO

Sharing is caring!


Azərbaycanla Beynəlxalq Valyuta Fondu (BVF) arasında qlobal tendensiyaların iqtisadi proseslərə təsiri, Azərbaycan iqtisadiyyatının inkişaf göstəriciləri və hədəfləri, əməkdaşlığın yeni istiqamətləri və digər məsələlər haqqında müzakirələr aparılıb.

Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarovun Valyuta Fondunun Azərbaycan üzrə missiya rəhbəri Anna Bordon ilə keçirilən görüşdə aparılıb.

Görüşdə Azərbaycanın beynəlxalq maliyyə institutları ilə çoxşaxəli və səmərəli tərəfdaşlığı, ölkədə innovasiyaların geniş tətbiqi baxımından əlaqələrin inkişaf etdirilməsinin önəmi vurğulanıb. Həmçinin, ölkənin makroiqtisadi göstəriciləri və proqnozlar, energetika sektorunun inkişaf perspektivləri, vergi islahatları və bu sahədə nəzərdə tutulan tədbirlər barədə məlumat verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir